Milli dirçəlişimizdən bu günə qədər...

saytların hazırlanması

Evə çatdırılma

Milli dirçəlişimizdən bu günə qədər...

Siyasət

17 Noyabr 2025 14:17 1338


Bu gün Azərbaycan xalqı üçün xüsusi rəmzi mənaya malik olan Milli Dirçəliş Günü qeyd olunur.

1988-ci ildə baş verən tarixi hadisələr xalqımızın milli özünüdərk, azadlıq və birlik ruhunun yenidən oyanmasının əsasını qoydu. Bu gün həmin oyanış ruhu yalnız tariximizin bir səhifəsi deyil, həm də müasir Azərbaycanın sosial-siyasi inkişafında aparıcı ideyalardan biridir.

“Yeni Sabah”a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, həmin gün Azərbaycan xalqı bir yumruq kimi birləşərək illərdir arzusunda olduğu azadlığa doğru mühüm addım atıb. Dominos pizza

Onun sözlərinə görə, bu ideya bu gün də ölkədə həyata keçirilən siyasi kursun mahiyyətində dayanır:

“1988-ci il noyabr ayının 17-də Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu, azad yaşamağa layiq xalq olduğunu bütün dünyaya nümayiş etdirdi.

Xalqımız azadlığı öz gücü, cəsarəti, mübarizliyi sayəsində qazandı.

Ölkəmizdə  həyata keçirilən siyasi kursun mahiyyətində məhz bu amil dayanır. Prezident İlham Əliyev dərin məzmunlu və çoxşaxəli siyasi kursu ilə müstəqilliyimizi daha möhkəmləndirib. Ən əsası da odur ki, indi Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır.

Bu siyasətin nəticəsi olaraq Azərbaycan hazırda dünyada söz sahibi olan dövlətlərdəndir. Eyni zamanda Cənubi Qafqazın lideri statusunu daşıyır. Vətən müharibəsindəki Qələbə isə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində böyük rol oynadı”.

Deputat vurğulayıb ki, Milli Dirçəliş Günü xalqın yenidən oyanışı və özünüdərk prosesinin sürətlənməsi dövrü kimi tarixə düşüb:

“Bu, tarixi gündür, Azərbaycan xalqının yenidən dirçəldiyi, milli şüurunun möhkəmləndiyi və insanlarımızın özünüdərk prosesinin sürətləndiyi dövrdür”.

Onun sözlərinə görə, Azərbaycanın gələcək inkişafı üçün dövlət və ictimai maraqlar arasında tarazlıq mühüm əhəmiyyət kəsb edir:

“Azərbaycanda ictimai maraqların qorunması üçün səmərəli mexanizmlər hazırlanır, bu istiqamətdə cənab Prezidentin yanaşmaları və çıxışları çox önəmlidir.

Dövlət maraqları ilə ictimai maraqlar arasında bəzən yaranan ziddiyyətləri balanslaşdırmaq mümkündür.  Çünki dövlət öz nöqteyi-nəzərindən, vətəndaş isə öz tərəfindən baxılr. Mən hesab edirəm ki, vətəndaşlar dövlətin mövqeyini dəstəkləməlidir. Eyni zamanda,  qərarlar da vətəndaşların marağını nəzərə alaraq qəbul edildikdə, bu balanslaşmanı rahat şəkildə qurmaq mümkündür. Düzdür, hər zaman bunu təmin etmək qeyri-mümkündür, amma biz bunu illər ərzində həyata keçirib uğur qazana bilərik.  Bu mənada düşünürəm ki, Azərbaycanda bu sahədə böyük nailiyyətlər əldə olunub və  gələcəkdə də bu proses daha da inkişaf edəcək”.

Əsmətxanım

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!