Milli futbolçular sərxoş halda qəzaya düşdülər - Foto

saytların hazırlanması

Evə çatdırılma

Milli futbolçular sərxoş halda qəzaya düşdülər - Foto

İdman

27 Sentyabr 2019 13:37 1028


İngiltərənin “Derbi Kaunti” klubunun futbolçuları avtomobil qəzasına düşüb.

“Yeni Sabah” xəbər verir ki, hadisə zamanı avtomobildə Meyson Bennet, Tom Lourens və Riçard Kionun olub.

Bildirilir ki, avtomobilin qabaq oturacaqlarında əyləşən Kio və Lourens polis tərəfindən saxlanılıb. Futbolçuların sərxoş olduğu iddia olunur. Sezar pizza

Qəzadan bir müddət əvvəl “Derbi Kaunti”nin digər oyunçusu Tom Haddlstounun sosial şəbəkədə paylaşdığı şəkildə Bennetin içkili olduğu və tualetdə qaytardığı görünür.

“Derbi Kaunti”nin kapitanı olan Riçard Kionun qəza zamanı dizindən ciddi zədə aldığı bildirilir. İrlandiya millisinin də formasını geyinən Kionun karyerasını bitirə biləcəyi iddia olunur. Qəza zamanı sərxoş olan Tom Lourens Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Uels yığmasının üzvüdü.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!