Azərbaycan yığma komandasının 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsindəki sonuncu rəqibi məlum olub.
Yenisabah.az xəbər verir ki, Millətlər Liqasının 1/4 finalında Fransa ilə Xorvatiya arasında keçirilən matçda fransızlar üstün olublar.
Ötən ilin dekabrında baş tutmuş püşkatma nəticəsində D qrupunda yarışacağı müəyyənləşən Azərbaycan millisi Ukrayna və İslandiya ilə yanaşı Fransa ilə qarşılaşacaq. Dördpendirli pizza
Qeyd edək ki, seçmə komandamız DÇ-2026-nın seçmə mərhələsindəki görüşlərinə sentyabrın 5-də start verəcək.
Telegram kanalımız