Milli Məclis bu tarixdə Məzahir Pənahovla bağlı   QƏRAR VERƏCƏK

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclis bu tarixdə Məzahir Pənahovla bağlı QƏRAR VERƏCƏK

Siyasət

24 Aprel 2026 11:13 332


Milli Məclis Mərkəzi Seçki Komissiyasının yeni tərkibinin seçilməsi ilə bağlı məsələyə baxacaq.

“Yeni Sabah” xəbər verir ki, bu, parlamentin aprelin 27-də keçiriləcək növbəti iclasının gündəliyinə daxil edilib. 

Qeyd edək ki, aprelin 22-də hakim Yeni Azərbaycan Partiyası, parlamentdə azlıq təşkil edən siyasi partiyalar və bitərəf deputatlar öz namizədlərini müəyyən ediblər. 

Məzahir Pənahov, Rövzət Qasımov, Ramiz İbrahimov, Hüseyn Paşayev, Elmar Məmmədov və Sevinc Abdullayeva Yeni Azərbaycan Partiyasının, Bəxşeyiş Əsgərov, Etibar Quliyev, Mikayıl Rəhimli, Almas Qəhrəmanlı, Tofiq Həsənov və İlkin Şahbazov deputatları azlıq təşkil edən partiyaların, Arifə Muxtarova, Qabil Orucov, Fuad Cavadov, İlham Məmmədov, Nailə Əsgərova və Nizami Nadirxanlı isə bitərəf deputatların namizədi kimi təsdiqlənib.

Xatırladaq ki, MSK-nın səlahiyyət müddəti 5 ildir. 2021-ci il aprelin 27-də formalaşdırılmış mövcud heyətin fəaliyyət müddəti qanunvericiliyə uyğun olaraq, bu il aprelin 27-də yekunlaşır. Bu səbəbdən MSK-nın yeni tərkibi seçilməlidir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!