Milli Məclisdə deputatların səsləndirdiyi fikirləri hər hansı bir formada ictimaiyyətə çatdırmaq icazəsi yoxdur.
Bu barədə Yenisabah.az-a millət vəkili Fazil Mustafa bildirib. Millət vəkili bu qadağanın hansı əsasla qoyulduğunu deməyib.
“Detallara varmaq istəmirəm. Amma ümumi tendeynsiya belədir” deyən Fazil Mustafa bildirib ki, əvvəllər öz çıxışlarını telefonla lentə alıb paylaşsa da, sonradan ona bunun yolverilməz olduğu bildirilib. pizza mizza
“Millət vəkilləri yalnız jurnalistlərin ümidinə qalıb. Yaxşı olardı ki, Milli Məclisin öz televiziyası olsun. İctimaiyyətdə belə rəy formalaşıb ki, Milli Məclis heç bir fəaliyyəti olmayan orqandır və deputatlar da hər şeyə laqeyddir. Xeyr. Əslində Milli Məclisdə qızğın müzakirərlər aparılır. Elə Prezidentin elan etdiyi islahatlarla bağlı parlamentin iclaslarında dəfələrlər çıxışlar olub. Lakin bu bu çıxışlar tirajlanmadığına görə ictimaiyyət xəbərsizdir”, - deyə Fazil Mustafa əlavə edib.
Telegram kanalımız