Milli Məclisin plenar iclası başlayıb

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisin plenar iclası başlayıb

Siyasət

12 Fevral 2019 17:05 879


Azərbaycan Milli Məclisinin payız sessiyasının növbəti plenar iclası başlayıb.

Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 32 məsələ daxildir. İclasda əvvəlcə bələdiyyələrlə bağlı 2018-ci il üzrə məruzə dinləniləcək.

Gündəliyə daxil edilən digər məsələlər isə "Hərbi vəzifə və hərbi xidmət haqqında”, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Milli Məclisin komitələri haqqında”, “Gənclər siyasəti haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Azərbaycan Respublikasının konsul Nizamnaməsi”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”, “Valyuta tənzimi haqqında” qanunlarına, o cümlədən Cəzaların İcrası, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir. pizza mizza

Bundan başqa, deputat “Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadə qaydası haqqında”, “Azərbaycan Respublikasının Dövlət Himninin istifadə qaydası haqqında” qanun layihələrinə də (ikinci oxunuşda) baxacaqlar.

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!