Milli Məclisin rəhbərliyi tam dəyişəcək

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisin rəhbərliyi tam dəyişəcək

Siyasət

28 Noyabr 2019 16:04 3893


Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsi müxtəlif mülahizələr səbəb olub.

“Yeni Sabah” xatırladır ki, YAP bununla bağlı bu gün qərar qəbul edib. Yaxın günlərdə isə Prezident İlham Əliyevin Milli Məclisi buraxacağı gözlənilir. Mülahizələrdən biri budur ki, növbədənkənar seçkilər nəticəsində formalaşacaq Milli Məclis hazırki tərkibdən kəskin fərqlənəcək.

Yeni parlamentdə biznesmen, dövlət qurumlarında vəzifə tutan, pensiya yaşını ötmüş, 10 ildən artıq mandat daşıyan və açıqlamaları ilə hakimiyyəti hədəfə gətirən deputatlar təmsil olunmaya bilər. Hətta Milli Məclisin rəhbrəliyinin də dəyiçəcəyi ehtimal olunur. Marqarita pizza

Qeyd edək ki, 73 yaşlı vitse-spiker Valeh Ələsgərov bu günlərdə Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilib. Bu fakt onun yeni parlamentdə təmsil olunmayacağı barədə ehtimalları bir qədər də gücləndirir.

Spiker Oqtay Əsədov, birinci vitse-spiker Ziyafət Əsgərov və vitse-spiker Bahar Muradovaya gəlincə, onlar uzun müddətdir ki, Milli Məclisdə təmsil olunur. Oqtay Əsədov 19 ildir ildir mandat daşıyır. O, 2000-ci ildən deputat, 2005-ci ildən isə spikerdir.

Ziyafət Əsgərovun isə parlamentari kimi stajı 24 ildir. O, 1995-ci ildən deputat, 2000-ci ildən vitse-spiker, 2005-ci ildən birinci vitse-spikerdir. Bahar Muradova 2000-ci ildən deputat, 2005-ci ildən vitse-spikerdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!