Milli Olimpiya Komitəsində yeni təyinat

saytların hazırlanması

Evə çatdırılma

Milli Olimpiya Komitəsində yeni təyinat

Maraqlı

15 Sentyabr 2023 21:31 845


Milli Olimpiya Komitəsinin (MOK) İctimaiyyətlə əlaqələr və mətbuat şöbəsində dəyişiklik baş verib.

Yenisabah.az xəbər verir ki, Günay Malikqızı bu şöbənin müdiri postundan ayrılıb.

O, bundan sonra Azərbaycan Respublikası Prezidentinin Naxçıvan MR üzrə səlahiyyətli nümayəndəliyinin media məsələləri üzrə məsul şəxsi olacaq. Marqarita pizza

MOK-da sözügedən vəzifəyə isə qurumun rəsmi mətbuat orqanı olan “Olimpiya dünyası” jurnalının baş redaktoru, Əməkdar jurnalist Murad Fərzəliyev təyin olunub.

Qeyd edək ki, “Space”, “Lider” və İTV kimi telekanallarda da çalışmış Günay Malikqızı bu vəzifəyə 2020-ci ilin mart ayında təyin olunmuşdu./Prosport.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!