Milli Parkın ərazisində qanunsuz ov etmək istədi 

saytların hazırlanması

Evə çatdırılma

Milli Parkın ərazisində qanunsuz ov etmək istədi 

Maraqlı

21 Avqust 2023 10:05 664


Qızılağac Milli Parkının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən Qızılağac Milli Parkının əməkdaşları ilə birgə qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində keçirilən növbəti tədbirlər nəticəsində Milli Parkın ərazisindəki kiçik körfəz su sahəsində qanunsuz balıq ovlayan Masallı rayon sakini Anar Həsənov saxlanılıb.

Həmin şəxsdən ov zamanı istifadə etdiyi qayıq, sintetik torlar və qanunsuz olaraq ovladığı balıqlar aşkar olunaraq götürülüb. Onun təbiətə 1155 manat dəyərində ziyan vurduğu müəyyən edilib. pizza mizza

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!