Milli Qəhrəmanın anası Əli İnsanovu ifşa etdi

saytların hazırlanması

Evə çatdırılma

Milli Qəhrəmanın anası Əli İnsanovu ifşa etdi

Siyasət

25 Noyabr 2019 20:15 1235


Milli Qəhrəman Tahir Həsənovun anası, Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyinin sədri Qalibə Budaqova "Haqq Ədalət Partiyası" adlı təşkilatla bağlı adının hallanmasına etiraz edib.

"Yeni Sabah" xəbər verir ki, Q.Budaqova barəsində yayılan məlumatları təkzib edib: "Mənim adımı yeni yaradılan "Haqq Ədalət Partiyası" təşkilat komitəsinin üzvü kimi hallandırıblar. Mən Qalibə Budaqova heç bir partiyanın və heç bir partiyanın təşkilat komitəsinin üzvü deyiləm.

Mən uzun müddətdir ki, xəstəyəm və müalicə altında olduğum üçün heç evdən belə çıxa bilmirəm. Xahiş edirəm mənim adımı heç bir partiya üzvlüyü ilə hallandırmasınlar". pizza mizza

Xatırladaq ki, sabiq səhiyyə naziri Əli İnsanov "Haqq və Ədalət Partiyası" yaratmaqla bağlı təşəbbüs irəli sürüb və Qalibə Budaqovanın da həmin "partiya"nın təşkilat komitəsinin üzvü olduğunu bəyan edib. /trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!