Futbol üzrə Azərbaycan millisi Avro-2020-nin seçmə mərhələsində bu gün sonuncu oyununa çıxıb.
“Yeni Sabah” xəbər verir ki, E qrupunda yer alan Nikola Yurçeviçin komandası səfərdə Slovakiyanın qonağı olub. Trnavadakı Anton Malatinski adına stadionda keçirilən qarşılaşma yığmamızın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Cari ildə bu komandalar arasında iyulun 11-də Bakıda oynanılan matç slovakların 1:5 hesablı qələbəsi ilə başa çatıb. Ümumilikdə isə dünya və Avropa çempionatklarının seçmə mərhələsində sözügedən kollektivlər arasında 7 oyun keçirilib. Bu qarşılaşmalardan yalnız birində - 6 iyun 2001-ci ildə Bakıda DÇ-2002-nin seçmə mərhələsi çərçivəsində keçirilən oyunda Azərbaycan millisi qələbə qazanıb – 2:0. Dördpendirli pizza
Qeyd edək ki, millimiz qrupda 1 xalla sonuncu yerdə qərarlaşıb. Xorvatiyalı baş məşqçinin kollektivi yalnız Xorvatiyadan xal almağı bacarıb. Cədvələ 17 xalla 1 xalı qopardığımız Xorvatiya rəhbərlik edir. Macarıstan 12 xalla 2-ci, Uels isə 11 xalla 3-cü yerdədir. 4-cü sırada isə aktivində 10 xal toplayan Slovakiya dayanıb. Slovakiya Avropa çempionatına qazanmaq üçün yalnız Azərbaycana qalib gəlməli deyil, onun şansı Uelsin əlindədir. Belə ki, Macarıstan Uels səfərindən xalsız qayıtsa, bu Slovakiyanın növbəti mərhələyə keçidini rəsmiləşdirəcək.
Avro-2020, seçmə mərhələ
E qrupu
19 noyabr
23:45. Slovakiya - Azərbaycan - 2:0
Qol: R.Bojenik, 19, M.Hamşik, 86
Baş hakim: Sergey Boyko
Yan xətt hakimləri: Vladimir Volodin və Semyon Şlonçak
Dördüncü hakim: Vitali Romanov (hamısı Ukrayna)
Hakim-inspektor: Kevin Azzopardi (Malta)
Trnava, Anton Malatinski adına stadion
Telegram kanalımız