“Millimiz dünya və Avropa çempionatına vəsiqə qazanacaqsa, gedərəm”

saytların hazırlanması

Evə çatdırılma

“Millimiz dünya və Avropa çempionatına vəsiqə qazanacaqsa, gedərəm”

İdman

22 Noyabr 2019 14:05 1235


AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan radiosu və “İdman” kanalının müştərək yayımı olan “Extra time” verilişində qonaq olub.

“Yeni Sabah” xəbər verir ki, AFFA ilə bağlı narazılıqlardan danışıb:

“AFFA-dan narazılıqlar aydındır. Bir qrup insanlardan - adi azarkeşlərdən narazılıq gəlir. Əvvəlki illərdə mən də sıravi azarkeş kimi nəticə tələb edirdim. Lakin düzgün tənqid edən, düzgün yazan peşəkar jurnalistlər var. Peşəkar veteranların, keçmiş futbolçuların da narazılıqlarını anlayırıq, sağlam tənqidi qəbul edirik”. pizza sifarişi

O haqqındakı tənqidlər və istefası ilə bağlı da danışıb: “Tənqidlər, hətta təhqirlər də var. Bunu kimlər yaradır? Dırnağarası jurnalistlər, dırnağarası peşəkarlar. Futbolun yanında olan bəzi insanlar. Mən, AFFA rəhbərliyi, bəzi əməkdaşlarımız kimlərinə qane etmir. Çünki bizim fəaliyyətimiz onlara çirkin işlərini həyata keçirməyə mane olur. Mənim gedişimlə millimiz dünya və Avropa çempionatına vəsiqə qazanacaqsa, gedərəm. Bu, gülməli iddiadır”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!