Bu gün futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində (Avro-2020) növbəti oyununu keçirib.
“Yeni Sabah” xəbər verir ki, E qrupunda yer alan və qrupdan çıxmaq şansını itirən yığmamız öz evində Uelsi qəbul edib.
Bu, millimizin “əjdahalar” ləqəbli komanda ilə 8-ci qarşılaşması olacaq. Əvvəlki oyunların yalnız 1-də heç-heçə etməyi bacaran millimiz qalan bütün görüşlərdən məğlub ayrılıb. Sezar pizza
Millimiz Uelsə 0:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Nikola Yurçeviçin komandası noyabrın 19-u Slovakiyanın qonağı olacaq.
Avro-2020, seçmə mərhələ
16 noyabr
21:00. Azərbaycan - Uels - 0:2
Qol: K.Moor, 10, H.Uilson, 34
Hakimlər: Dəniz Aytəkin, Eduard Beytinger, Rafael Foltin, Kristian Dinqert
"Bakcell Arena"
Telegram kanalımız