21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyuna çıxıb.
"Yeni Sabah" xəbər verir ki, 2-ci qrupda mübarizə aparan Milan Obradoviçin komandası doğma meydanda İsveçrə yığması ilə qarşılaşıb. “Sumqayıt Arena”da keçirilən görüşdə millimiz 0:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, ilk turda Lixtenşteynə uduzan (0:1) millimiz Slovakiya üzərində qələbə qazansa da (2:1), son iki oyunda Gürcüstana 0:3, Fransaya 0:5 uduzub. Toyuqlu pizza
15 oktyabr
20:00. Azərbaycan U-21- İsveçrə U-21 - 0:1
Qol: N.Bayrami, 33
Baş hakim: Novak Simoviç (Serbiya)
“Sumqayıt Arena”
Telegram kanalımız