Kişi basketbolçulardan ibarət Azərbaycan millisi final mərhələsi 2029-cu ildə baş tutacaq Avropa çempionatının ("EuroBasket 2029") ilkin seçmə mərhələsində növbəti oyununu keçirib.
"Yeni Sabah" xəbər verir ki, millimiz V turda səfərdə Lüksemburqla qarşılaşıb.
Görüş millimizin qələbəsi ilə başa çatıb - 76:74. Toyuqlu pizza
Qeyd edək ki, bununla xallarının sayını 7-yə çatdıran Azərbaycan millisi A qrupunda üçüncü pillədə qərarlaşıb. Lider Şimali Makedoniyanın 10, ikinci sıradakı Lüksemburqun 7, dördüncü yerdəki İrlandiyanın 6 xalı var.
Telegram kanalımız