Simonyan mandatdan imtina etdi - Paşinyandan   GÖZLƏNİLMƏZ CAVAB

saytların hazırlanması

Evə çatdırılma

Simonyan mandatdan imtina etdi - Paşinyandan GÖZLƏNİLMƏZ CAVAB

Siyasət

02 İyul 2026 22:27 1072


Mən əvvəlcədən Alen Simonyanın parlamentin sədri və ya deputatı olmayacağını planlaşdırmamışdım.

"Yeni Sabah" xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan parlament iclasından sonra jurnalistlərlə söhbətində bildirib.

“Mən bu vəziyyətə hazır deyildim. Mövqeyimi formalaşdırmalıyam”, - deyə o vurğulayıb. pizza hut

Qeyd edək ki, hakim Mülki Müqavilə Partiyası Paşinyanın ən nüfuzlu kadrlarından sayılan Alen Simonyanın namizədliyini parlament sədrliyinə irəli sürməyib. Çoxluq Alen Simonyanın müavini olan Ruben Rubinyanı dəstəkləyib.

Bu gün isə Alen Simonyan deputat mandatından imtina edəcəyini, ancaq siyasi fəaliyyətini Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyasında davam etdirəcəyini açıqlayıb./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!