“Nəyə görə Müdafiə Nazirliyi kitab müsabiqəsi elan etmir?”

saytların hazırlanması

Evə çatdırılma

“Nəyə görə Müdafiə Nazirliyi kitab müsabiqəsi elan etmir?”

Mədəniyyət

02 İyul 2026 17:19 202


“Əli və Nino” kitab mağazası şəbəkəsinin rəhbəri Nigar Köçərli bildirib ki, “Milli Kitab Mükafatı”nın davam etdirilməsi nəzərdə tutulur və əsas hədəf müəlliflər üçün güclü maliyyə imkanları yaratmaqdır. Lakin konkret tarix və müsabiqəni maliyyələşdirməyə dəstək verəcək sponsorlar yoxdur.

“Ümumiyyətlə, bu cür milli kitab mükafatlarının təsis olunmasına böyük ehtiyac var. Bu, ədəbiyyatın inkişafını stimullaşdıran əsas amillərdən biridir. Digər tərəfdən, yeni əsərlərin ortaya çıxması üçün real fürsət yaradır. Cəmiyyət bu gün “Arzum” ləqəbli tiktokerin məhkəməsini müzakirə edir. Düşünürəm ki, hazırda ədəbiyyat bu qədər müzakirə mövzusu olmur”.

Bunu “Yeni Sabah”a mövzuya dair rəyində yazıçı Qan Turalı deyib. Dominos pizza

O bildirib ki, hazırda ədəbiyyatla bağlı mükafatların təsis olunmasına böyük ehtiyac var:

“Bunun üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi (AYB) və digər dövlət qurumları birlikdə fəaliyyət göstərməlidirlər. Bu məsələni gündəmdən salmaq olmaz.

Bir misal çəkim: Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qələbə qazandı. Bu istiqamətdə əsərlərin yazılması üçün nəyə görə Müdafiə Nazirliyi müsabiqələr elan etmir? Bu mövzuda çoxlu əsərlər yazmaq olar. Ədəbiyyat həm də bu günün hadisələrini əks etdirməlidir. Bu istiqamətdə dövlət qurumları ilə yanaşı, özəl müəssisələr də fəaliyyət göstərməlidirlər. Ədəbiyyat bu dövrdə xeyli arxa plana düşüb”.

Yazıçı qeyd edib ki, bu məsələdə dövlət və özəl təşkilatlar birlikdə hərəkət etməlidirlər:

“Mən özüm də bir vaxtlar həmin müsabiqədə ekspert kimi iştirak etmişəm. Lakin düşünürəm ki, ədəbi əsərin seçilməsi müəyyən qədər subyektiv meyarlara əsaslanır. Amma istər-istəməz seçim edənlər cəmiyyətdə nüfuzu olan, ədəbi səriştəsi ilə seçilən və ictimaiyyətdə qəbul edilən şəxslər olmalıdırlar. Bəzən yalnız bir mükafat və ya müsabiqə olanda söz-söhbətlər də çox olur. Avropa ölkələrində bu cür müsabiqələrin sayı kifayət qədərdir. Bizdə isə belə deyil. Mükafat tək olanda hamı onu qazanmaq istəyir. Belə olan halda da bir nəfər razı qalır, yüz nəfər isə narazı”.

“Azərbaycan ədəbiyyatında həm gənc, həm də yaşlı nəslin çox yaxşı yazıçıları var. Bir əsərin yazılması bəzən insanın 3-4 il vaxtını alır. Bütün bu əməyin qiymətləndirilməsi yaxşı olardı. Həm vətəndaş cəmiyyəti, həm də dövlət qurumları olaraq bu məsələni gündəmdə saxlamalıyıq. Lakin ilk növbədə, bu iş Mədəniyyət Nazirliyinin üzərinə düşür. Daha çox roman və hekayələrin yazılması təşviq edilməlidir. Fransada bir vaxtlar novella janrına maraq azalmışdı. Bundan sonra dövlət həmin janrın inkişafı üçün müsabiqələr və mükafatlar təsis etdi. Bununla da balans qorundu. Özəl təşkilatları da bu istiqamətdə həvəsləndirməliyik. Düşünürəm ki, bu məsələ ilə bağlı alternativ yollar tapılmalıdır”.

Xatırlatma: "Milli Kitab Mükafatı"nın təsisçisi “Əli və Nino” kitab mağazaları şəbəkəsinin yaradıcısı Nigar Köçərlidir. Mükafat sonuncu dəfə 2013-cü ildə təqdim olunub.

N.Köçərli hazırda müsabiqənin keçirilməsi üçün sponsorların olmadığını əsas gətirib:

“İndi də “Milli Kitab Mükafatı”nı davam etdirmək istəyirəm. Amma istəyirəm ki, müəlliflər yaxşı pul qazansınlar. Ən azından birinci yer üçün ciddi mükafat olsun, heç olmasa 20 min manat. Pul vacibdir. Hər şey müəyyən mənada maliyyə ilə bağlıdır. Amma təəssüf ki, ədəbi layihələr üçün sponsor tapmaq hələ də çətindir”.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!