Nurəddin Mehdixanlı: İstedadsızlar abırsızdır

saytların hazırlanması

Evə çatdırılma

Nurəddin Mehdixanlı: İstedadsızlar abırsızdır

Şou

02 İyul 2026 16:55 125


Xalq artisti Nurəddin Mehdixanlı "İncə səhər" verilişində sənət adamlarına tövsiyələrini bölüşüb.

"Yeni Sabah" xəbər verir ki, aktyorun sözlərinə görə, insan öz peşəsini dərindən bilməli, işinə vicdanla yanaşmalı və dürüst olmalıdır.

N.Mehdixanlı hesab edir ki, bu xüsusiyyətlərə sahib olanların qarşısında imkanlar da genişlənir. pizza mizza

Aktyor istedad və mənəviyyatın bir-biri ilə sıx bağlı olduğunu da vurğulayıb. Onun fikrincə, əsl istedad sahibləri təmkinli və ləyaqətli davranırlar, istedaddan uzaq olanlar isə daha çox qalmaqal yaratmağa çalışırlar.

Xalq artisti əlavə edib ki, Azərbaycan dünyaya zəngin mədəniyyətə sahib ölkə kimi tanıdılmalıdır. O bildirib ki, dünyada aqressiya və müharibə meyillərinin artdığı bir vaxtda insanların sevgiyə, mərhəmətə və humanizmə daha çox ehtiyacı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!