Paşinyan Aİ rəhbərinə Bakı və Ankaraya dair nə dedi?

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Aİ rəhbərinə Bakı və Ankaraya dair nə dedi?

Dünya

02 İyul 2026 14:43 86


Ermənistanın Türkiyə və Azərbaycanla enerji sahəsində qarşılıqlı əlaqələrinin genişləndirilməsi vacibdir.

"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə İrəvanda keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında deyib.

“Enerji sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsini, o cümlədən elektrik ötürücü xətlərinin tikintisini, həmçinin qonşu Türkiyə və Azərbaycanla enerji bağlantılarının inkişafını vacib hesab edirəm. Bu, həm enerji təhlükəsizliyinə, həm də “yaşıl keçid” prosesinə töhfə verə bilər”, – Ermənistanın Baş naziri bildirib. Dominos pizza

Paşinyan Ermənistanın Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsində iştirakının vacibliyini də qeyd edib və İrəvanın rəqəmsallaşma sahəsində əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!