Rəsmi İrəvan Rusiya ilə münasibətlərində öz maraqlarını rəhbər tutur.
"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
O, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ilə İrəvanda keçirilən birgə brifinqdə deyib: Dominos pizza
"Heç vaxt Rusiya ilə münasibətlərdə böhran yaratmamışıq, yaratmayacağıq və yaratmaq niyyətində deyilik. Ölkəmizin maraqları çərçivəsində hərəkət edirik".
Paşinyanın sözlərinə görə, Ermənistan beynəlxalq tərəfdaşlarının maraqlarını nəzərə alır:
"Lakin digər ölkələrin maraqlarını prioritetləşdirə bilmərik. Bu, istənilən ölkə üçün məntiqlidir".
Baş nazir Avropa İttifaqı ilə yaxınlaşma prosesinə son qoyulmasını da istisna edib.
Telegram kanalımız