Tünzalə Ağayeva : “Sənətimin zirvəsindəyəm” -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Tünzalə Ağayeva : “Sənətimin zirvəsindəyəm” - VİDEO

Şou

02 İyul 2026 13:36 66


Xalq artisti Tünzalə Ağayeva İTV-də yayımlanan “Sabahın xeyir, Azərbaycan” verilişinin qonağı olub.

“Yeni Sabah” xəbər verir ki, o, “Məşhura sual” rubrikasında iştirak edib.

Sosial şəbəkə istifadəçilərdən gələn maraqlı sualları cavablandıran sənətçi bir sıra maraqlı açıqlamalar edib. pizza hut

İfaçı “Sevgi vardır oxudur qəlbidə bülbüllərini, böylə bir sevgi mənim ruhumu oxşar kimidir” Tünzalə xanıma görə indiki dövrdə belə sevgi varmı sualını belə cavablandırıb:

“Sevgi həmişə var. Yer üzü ona görə balanslıdır ki, orda ali dəyərlər yaşayır. İnsanı insan edən əsas dəyər elə sevgidir. Mən sevgisiz Tünzalə olmazdım. Mikayıl Müşfiq balaca ömründə bizə böyük sevgidən danışıb və biz də ondan öyrənirik”.

O, “Bu qədər uğur əldə etdikdən sonra hazırda ən böyük arzunuz nədir” sualına da belə cavab verib.

“Mən maksimalist insanam. Hər günüm maksimumdan ibarətdir. Daim yeni zirvələri fəth etmək lazımdır. Ona görə də arzular dayanmır, istəklər hər zaman var. Sənətimin zirvəsindəyəm, amma yenə də öyrənməyə davam edirəm. Gənclərə, istedadlı uşaqlara baxıram. Ən böyük arzularımdan biri məhz musiqili tamaşa yaratmaqdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!