Sabah İranın mərhum Ali Rəhbəri Ayətullah Xamenei ilə vida mərasimi keçiriləcək.
“Yeni Sabah” ILNA-ya istinadla xəbər verir ki, mərasimdə təxminən 40 ölkədən yüksək vəzifəli şəxslər və müxtəlif ölkələrin rəhbərləri iştirak edəcəklər.
Artıq bəzi qonaqların adları məlumdur. pizza
O cümlədən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Tacikistan Prezidenti Emomali Rəhmon, İraq Prezidenti Nizar Amidi və İraq Nümayəndələr Palatasının sədri Heybət Əl-Halbusi, Türkmənistan xalqının ümummilli lideri və Xalq Şurasının rəhbəri Qurbanqulu Berdiməhəmmədov, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Gürcüstan Prezidenti Mixail Kavelaşvili, Pakistanın Baş naziri Şahbaz Şərif, Ermənistanın Baş naziri Nikol Paşinyan, Türkiyə vitse-prezidenti Cevdet Yılmaz, “Taliban” hökumətinin Baş naziri Molla Həsən Axund, Banqladeş Baş naziri Tariq Rəhman və Banqladeş parlamentinin sədri Hafizuddin Əhməd, Qazaxıstanın xarici işlər naziri Yermak Kuşerbayev və s. rəsmi, habelə bir sıra tanınmış ictimai və dini xadim vida və iyunun 9-da baş tutacaq dəfn mərasimlərinə qatılacaq.
Telegram kanalımız