İsrailin müdafiə naziri İsrael Katzın İranın Ali Rəhbəri Müctəba Xameneinin ölümə məhkum olması barədə bəyanatı ilə bağlı BMT-nin baş katibinə etiraz məktubu göndərilib.
“Yeni Sabah” xəbər verir ki, məktubu İranın BMT-dəki daimi nümayəndəsi Əmir-Səid İrəvani ünvanlayıb.
O, təhdidi İran hökumət rəsmilərini hədəf alan dövlət terrorizminin qəsdən və sistemli siyasətinin bir hissəsi" kimi səciyyələndirib, habelə İsrail İrana qarşı qanunsuz təcavüz aktlarını, o cümlədən İran lideri Ayətullah Xameneinin və digər yüksək vəzifəli siyasi və hərbi rəsmilərin ABŞ-ın iştirakı, koordinasiyası və dəstəyi ilə törədilməsini misal gətirib. Toyuqlu pizza
İrəvani əlavə edib ki, BMT Təhlükəsizlik Şurası İsrailin cəzasız hərəkət etməsinə icazə verib və Tehranın hər hansı düşmənçilik hərəkətlərinə qarşı qisas alacağı barədə xəbərdarlıq edib.
Telegram kanalımız