1999-cu ildən bu günə qədər Azərbaycan Ordusunun 3 000-dən çox hərbi qulluqçusu dünyanın müxtəlif regionlarında keçirilən sülhməramlı əməliyyatlarda iştirak edib.
"Yeni Sabah" xəbər verir ki, bunu müdafiə naziri Zakir Həsənov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Müdafiə Nazirliyinin birgə hazırladığı "Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat"da bildirib.
Nazir qeyd edib ki, Azərbaycan sülhməramlılarının fəaliyyəti tərkibində xidmət keçdikləri sülhməramlı qüvvələrin komandanlığı, müxtəlif ölkələr və beynəlxalq təşkilatlar tərəfindən daim yüksək qiymətləndirilib: Toyuqlu pizza
"Azərbaycan dünya birliyinin və BMT nin üzvü kimi sülhün qorunmasına və qlobal təhlükəsizliyin dəstəklənməsinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləyir. Hazırda beynəlxalq sülhün qorunmasına köməklik göstərilməsi üçün BMT-nin və NATO-keçirdiyi müxtəlif əməliyyatlarda Azərbaycan Ordusunun iştirak imkanları araşdırılır".
Nazir vurğulayıb ki, sülhməramlı əməliyyatlarda iştirakla bağlı verilən siyasi qərarlar, ölkənin göstərdiyi irad və sülhməramlı qüvvələrin verdiyi töhfələr Azərbaycanın dünyada etibarlı tərəfdaş və dost kimi nüfuzunu daha da gücləndirmiş, eləcə də sülhsevər ölkə kimi tanıdıb.
Telegram kanalımız