“Avropa Komissiyasının prezidenti tərəfindən Bakıda Regional Bağlantı İnvestisiya Konfransının keçirilməsi təşəbbüsünün irəli sürülməsi Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi artan rolunun mühüm göstəricisidir”.
“Yeni Sabah” xəbər verir ki, bu barədə nəqliyyat və logistika məsələləri üzrə ekspert Rauf Ağamirzəyev öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, son illərdə Azərbaycanın həyata keçirdiyi iri infrastruktur layihələri ölkəni Avrasiya məkanının əsas logistika qovşaqlarından birinə çevirib:
“Belə bir konfransın Bakıda təşkili Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat, logistika, enerji və rəqəmsal bağlantı sahələrində yeni investisiyaların cəlb olunmasına, Orta Dəhliz üzrə əməkdaşlığın genişlənməsinə və regionun geoiqtisadi inteqrasiyasına əlavə təkan verə bilər. Dördpendirli pizza
Son illərdə Azərbaycanın həyata keçirdiyi iri infrastruktur layihələri – Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Azad İqtisadi Zonası, eləcə də avtomobil və dəmir yolu şəbəkəsinin müasirləşdirilməsi ölkəni Avrasiya məkanının əsas logistika qovşaqlarından birinə çevirib.
Konfransın məhz Bakıda keçirilməsi Avropa İttifaqının Azərbaycanın regional bağlantı və dayanıqlı nəqliyyat marşrutlarının inkişafındakı strateji roluna verdiyi əhəmiyyətin göstəricisi kimi qiymətləndirilə bilər. Bu platforma həm dövlətlər, həm də beynəlxalq maliyyə institutları və özəl sektor arasında yeni tərəfdaşlıqların formalaşmasına geniş imkan yaradacaq”.
Nazim Hacıyev
Telegram kanalımız