Körpələr istənilən qızdırmaya dözür? - Həkim elmi əsaslardan danışdı

saytların hazırlanması

Evə çatdırılma

Körpələr istənilən qızdırmaya dözür? - Həkim elmi əsaslardan danışdı

Sosial

02 İyul 2026 14:38 232


Bu gün Daşkəsəndə 1 yaş 6 aylıq qız uşağı qızdırmadan vəfat edib. Bundan əvvəl, iyul ayında Şəmkirdə 1 yaşlı körpə yüksək hərarətdən keçinmişdi. Oxşar hal 2026-nın başlanğıcından bir neçə də təkrarlanıb. Halbuki xalq arasında yayılan deyimə görə, böyüklərlə müqayisədə körpələr istənilən qızdırmaya daha dözümlüdür. Pediatr Aytən Ziyadova isə bu fikrin tam əksini deyir.

O, “Yeni Sabah”a bildirib ki, qızdırma orqanizmin infeksiyaya qarşı verdiyi təbii müdafiə reaksiyasıdır:

“Körpələrdə vəziyyət böyüklərdən fərqlidir. Çünki onların immun sistemi hələ tam formalaşmayıb, bəzi ciddi infeksiyalar, o cümlədən sepsis, meningit və sidik yolu infeksiyası özünü yalnız qızdırma ilə göstərə bilər. Məhz buna görə körpələrdə hərarət daha diqqətlə qiymətləndirilməlidir”. Sezar pizza

Həkimin sözlərinə görə, xüsusilə 3 aylığa qədər körpələrdə 38 dərəcə və ya daha yüksək hərarət ciddi siqnal hesab olunur və belə hallarda vaxt itirmədən həkimə müraciət edilməlidir. Daha böyük körpələrdə isə 39-40 dərəcəyə yaxın hərarət halsızlıq, yeməkdən imtina, süstlük və ya nəfəsalma çətinliyi ilə müşayiət olunursa, vəziyyət təhlükəli ola bilər.

Aytən Ziyadova qeyd edib ki, “körpələr qızdırmaya daha dözümlüdür” fikrinin elmi əsası yoxdur:

“Əksinə, körpələr qızdırmaya daha həssasdırlar və bəzən ciddi infeksiya yüksək hərarət olmadan da özünü göstərə bilər. Buna görə də təkcə termometrdəki göstəriciyə deyil, uşağın ümumi vəziyyətinə diqqət yetirmək vacibdir”.

Pediatr vurğulayıb ki, qızdırmanın özü deyil, ona səbəb olan xəstəlik daha təhlükəlidir. Həkimlər temperaturdan çox uşağın ümumi halını, davranışını, qidalanmasını və nəfəs almasını qiymətləndirirlər.

Qızdırma zamanı evdə görüləcək tədbirlərə də toxunan həkim bildirib ki, uşağı qalın bükərək tərlətmək düzgün yanaşma deyil. Bu, bədən temperaturunun daha da yüksəlməsinə səbəb ola bilər. Eyni zamanda, uşağı buzlu və ya çox soyuq suya salmaq da təhlükəlidir. Belə üsullar damar spazmı yaradaraq vəziyyəti ağırlaşdıra bilər.

A.Ziyadovanın sözlərinə görə, ən doğru yanaşma uşağı yüngül geyindirmək, otağın temperaturunu normal saxlamaq, kifayət qədər maye vermək və ehtiyac olduqda yalnız həkim məsləhəti ilə qızdırmasalıcı dərmanlardan istifadə etməkdir”.

“Qızdırmadan qorxmaq deyil, onu düzgün qiymətləndirmək lazımdır. Körpələrdə əsas diqqət temperatur göstəricisindən çox uşağın ümumi vəziyyətinə yönəldilməlidir”.

Aytəkin Əzizqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!