“Azərbaycan 2021-ci ildə Avropa bazarında 8.1 milyard kubmetr qaz satdı. Ötən 2 ildə, yəni 2024 və 2025-ci illərdə bu 12.7-12.8 milyard kubmetr oldu. Ancaq cənab prezidentin 65 faiz artımdan bəhs etməsi bunu deməyə əsas verir ki, cari il üçün Azərbaycan Avropaya qaz ixracını 13.4-13.5 milyard kubmetrə qədər artırılmasını hədəfləyib”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında neft-qaz məsələləri üzrə ekspert İlham Şaban deyib. O bildirib ki, Azərbaycan həm qaz ixracının həcmini, həm də tərəfdaşlarını artırır:
“Bu, onu göstərir ki, biz həm qaz ixracı coğrafiyamızı, həm də həcmlərimizi genişləndiririk. 2029-cu ildən “Abşeron 2” qaz yatağının istismarına başlanması, “Ümid” yatağında yeni yatağın işlənməsi, “Azəri-Çıraq-Günəşli”nin dərin qatlarından qaz həcmlərinin ildən-ilə artırılması hesabına yaxın 5 ildə Avropaya ixrac həcmləri artan xətt üzrə inkişaf edəcək”. Dördpendirli pizza
Ekspert əlavə edib ki, yaxın gələcəkdə Rusiyanın Avropaya yenidən irihəcmli qaz ixracı gözlənilən deyil:
“Rusiyanın qaz ixracı sahəsi üzrə Avropa bazarına qayıtması gözlənilən deyil. Burada 2 faktor var. Həm Avropa İttifaqı, həm də Avropa Parlamenti 2027-ci ildən Rusiya ilə ümumiyyətlə bütün enerji ticarətini dayandırmaq barədə qərar qəbul edib. Avropa İttifaqı Rusiya-Ukrayna müharibəsinin davam etdiyi 4 il ərzində Kremldən qaz idxalını 155 milyard kubmetrdən cəmi 30 milyard kubmetrdən aşağı səviyyəyə salıb. Yəqin ki, bu il sözügedən həcmi 20 milyard kubmetrdən belə aşağı səviyyəyə salacaqlar. Gələn il isə ümumiyyəytlə dayandırılacaq”.
İlham Şaban sonda vurğulayıb ki, Avropa İttifaqı Rusiyaya alternativ idxal partnyorları tapıb:
“Digər tərəfdən, Avropa özünə enerji daşımaları vasitəsi ilə qaz təchizatını ABŞ-dan təmin etməyə başlayıb. ABŞ Avropaya 100 milyard kubmetr qaz satır və bu həcm artacaq. Avropa həmçinin Qətərdən qaz idxalını 2.5 dəfəyədək artırıb. Hətta uzunmüddətli dövr üçün Afrikadan Avropaya qaz kəmərlərinin çəkilməsi yaxın 3 il ərzində həyata keçiriləcək. Bu baxımdan, Avropa Rusiya qazına yetərincə alternativlər tapıb”.
Qeyd edək ki, Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 1-də mətbuata bəyanatlarla çıxış ediblər. Çıxış zamanı dövlət başçısı bəyan edib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır:
“Ticarətimizin 40 faizdən çoxu üzv dövlətlərlə aparılır və Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Cənubi Qafqazda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır. Əlbəttə ki, biz enerji sahəsində əməkdaşlığımızı geniş müzakirə etdik və həmçinin xanım Prezidentin Azərbaycana dörd il əvvəlki səfəri də olduqca əhəmiyyətli idi.
Bu baxımdan biz enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumunu imzaladıq və həmin vaxtdan etibarən Avropa İttifaqının üzv dövlətlərinə Azərbaycanın təbii qaz ixracı təxminən 65 faiz artmışdır. Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqının üzv dövlətlərinə gedir və bütövlükdə, Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını alır, bu coğrafiyanı genişləndirmək potensialı da mövcuddur”.
Nazim Hacıyev
Telegram kanalımız