2026-cı ilin yanvar-may aylarında “SOCAR Polymer” MMC-nin ixrac gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 3,9% (4,2 milyon ABŞ dolları) artaraq 110,8 milyon ABŞ dollarına çatıb.
“Yeni Sabah” “ Fins.az”a istinadən bildirir ki, iqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac icmalı" jurnalının iyun sayına istinadən xəbər verilir ki, şirkət qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət müəssisələrinin reytinqində liderliyini qoruyub.
Qeyri-neft sektoru üzrə ən çox ixrac edən top-10 dövlət şirkəti: Toyuqlu pizza
1. “SOCAR Polymer” MMC
2. “AzerGold” QSC
3. SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi
4. “Azəralüminium” MMC
5. “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC
6. SOCAR-ın Qaz İxrac İdarəsi
7. “Azərbaycan Hava Yolları” QSC
8. “Azərenerji” ASC
9. “SOCAR-CAPE” MMC
10. “Naxçıvan Enerji” MMC
Telegram kanalımız