Millimizin DÇ-dəki rəqibləri müəyyənləşdi

saytların hazırlanması

Evə çatdırılma

Millimizin DÇ-dəki rəqibləri müəyyənləşdi

İdman

07 İyul 2022 17:56 867


Futzal üzrə DÇ-2024-ün Avropa zonası üzrə əsas seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Yenisabah.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə Azərbaycan millisinin də rəqiblərinin adına aydınlıq gəlib Joze Alesio Da Silvanın başçılıq etdiyi komanda 6-cı qrupda yer alıb. Millimiz Polşa və Yunanıstanla mübarizə aparacaq.

Seçmə mərhələnin matçları bu il 12-21 sentyabr, 3-12 oktyabr, 6-9 noyabr və 2023-cü il 27 fevral–8 mart tarixlərində oynanılacaq. pizza hut

Əsas mərhələdə yarışacaq 36 komanda hər birində 3 iştirakçı olmaq 12 qrupda mübarizə aparacaq. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibləri və ikinci pillədə yer alan komandalar arasında ən yaxşı göstəriciyə malik 4 milli birbaşa elit-raunda yüksələcək.

Qalan 8 qrup ikincisi isə pley-off oyunlarında üz-üzə gələcək. 2023-cu il martın 10-da pley-off cütlükləri müəyyənləşəcək, oyunlar isə təxminən bir ay sonra - 10 - 19 apreldə keçiriləcək. Ev-səfər matçlarının yekununda üstün olan 4 yığma elit raunda yollanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!