Millimizin eks-oyunçusu Ukraynada lövbər atdı

saytların hazırlanması

Evə çatdırılma

Millimizin eks-oyunçusu Ukraynada lövbər atdı

İdman

02 İyul 2022 12:41 779


"Sumqayıt" klubundan ayrılan Dmitri Nağıyev karyerasını Ukraynada davam etdirəcək.

Yenisabah.az xəbər verir ki, 27 yaşlı müdafiəçi "İnqulets"lə bir illik müqavilə imzalayıb.

Dmitri Nağıyev 2021-ci ilin yanvarından "gənclik şəhəri" təmsilçisinin formasını geyinib. Oyunçu 2018-ci ilin iyulunda "Sumqayıt"la müqavilə bağlasa da, 1 ay sonra Portuqaliyanın I Divizion təmsilçisi "Cova da Piedade" klubuna keçib. Nağıyev Azərbaycanın U-21 millisinin də şərəfini qoruyub. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!