Millimizin futbolçusu Almaniyada dubl etdi

saytların hazırlanması

Evə çatdırılma

Millimizin futbolçusu Almaniyada dubl etdi

İdman

29 Sentyabr 2019 17:18 1074


Millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” Almaniya 2-ci Bundesliqasında növbəti oyununu keçirib.

"Yeni Sabah" xəbər verir ki, Aue təmsilçisi 8-ci turda evdə Drezden “Dinamo”su ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Nazarov matçda dubl edib. O, 27-ci dəqiqədən penaltidən fərqlənib. 12 dəqiqə sonra da rəqib qapısına yol tapan Nazarov 79 dəqiqə meydanda qalıb. Millimizin yarımmüdafiəçisi 54-cü dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, “Ersgebirge” hazırda 14 xalla 4-cü pillədə qərarlaşıb. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!