Millimizin sabiq üzvünü narkotik tanınmaz hala saldı   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Millimizin sabiq üzvünü narkotik tanınmaz hala saldı - VİDEO

İdman

30 Yanvar 2025 15:04 625


Həndbol üzrə milli komandamızın sabiq üzvü və kapitanı İnara Yaqubova narkomaniyanın növbəti qurbanlarından biri olub.

Yenisabah.az xəbər verir ki, bu barədə tanınmış bloqer Nail Kəmərli paylaşım edib.

Paylaşımda “Azəryol” və ABU klublarında çıxış etmiş həndbolçu özü danışıb və narkotik vasitələrdən əziyyət çəkdiyini etiraf edib. O, müalicə olunmaq üçün reabilitasiya mərkəzinə yerləşdirilib. Toyuqlu pizza

 Qeyd edək ki, İ.Yaqubova 20 ilə yaxın həndbolla məşğul olub. O, hücumçu kimi milli komandamızda da çıxış edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!