"Sabah"ın futbolçusu Bəhlul Mustafazadə karyerasını İngiltərədə davam etdirə bilər.
"Yeni Sabah" Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "Sanderlend" 22 yaşlı müdafiəçi ilə maraqlanır. İngiltərə I Liqasında təmsilçisinin millimizin üzvü üçün qış transfer pəncərəsində "Sabah"a təklif göndərəcəyi bildirilib.
Xəbərdə həmçinin Bakı klubunun "Sanderlend"dən böyük rəqəm tələb etməyəcəyi vurğulanıb. /qol.az Dördpendirli pizza
Telegram kanalımız