Millinin üzvü Azərbaycan xalqından üzr istədi

saytların hazırlanması

Evə çatdırılma

Millinin üzvü Azərbaycan xalqından üzr istədi

İdman

26 Mart 2025 12:08 509


Milli komandamızın müdafiəçisi Mert Çelik dünən baş tutan yoldaşlıq matçı çərçivəsində Belarusa 0:2 hesabı ilə uduzduqları oyundan sonra Azərbaycan xalqından üzr istəyib.

Yenisabah.az xəbər verir ki, jurnalistlərə açıqlamasında “Səbail”in müdafiəçisi bu matçda da azarkeşləri sevindirə bilmədikləri üçün məyus olduğunu bildirib:

“Bu matçda ən azından heç-heçəyə nail olmaq istəyirdik. Çalışırdıq ki, ən pis halda məğlub olmayaq. Təəssüf ki, alınmadı. Buna görə xalqımızdan üzr istəyirik. Onları yenə də sevindirə bilmədiyimiz üçün çox məyusuq”. Sezar pizza

Mert Çelik Belarusla matçda məğlubiyyətə layiq olmadıqlarını deyib: 

“Çox məyusuq. Bununla belə, irəli baxmaq lazımdır. Mütləq toparlanıb, gücümüzü göstərməliyik. DÇ-2026-nın seçmə mərhələsi öncəsi yayda daha iki yoxlama matçı keçirəcəyik. Ümid edirəm ki, o vaxta qədər çatışmayan cəhətlərimiz üzərində çalışıb, Latviya və Macarıstanla görüşlərə daha yaxşı vəziyyətdə çıxacağıq”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!