Millimiz dünya çempionatının əsas mərhələsinə qələbə ilə başladı

saytların hazırlanması

Evə çatdırılma

Millimiz dünya çempionatının əsas mərhələsinə qələbə ilə başladı

İdman

23 Oktyabr 2019 22:12 1092


Oktyabrın 23-də futzal üzrə Azərbaycan millisi 2020-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsinə qələbə ilə başlayıb.

"Yeni Sabah" xəbər verir ki, komandamız Bakı İdman Sarayında Moldova futzalçıları ilə qarşılaşıb.

Çexiyalı baş hakim Ondrey Çerninin idarə etdiyi oyunda millimiz 3:1 hesabı ilə qalib gəlib. Yığmamızın heyətində Bolinya dubl edib, Vassura isə bir dəfə fərqlənib. Dominos pizza

Millimiz növbəti oyununu oktyabrın 24-də Monteneqro yığmasına qarşı keçirəcək.

Turun ilk oyununda isə Slovakiya komandası Monteneqronu 5:0 hesabı ilə məğlub edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!