Milyonçu ərinə məhkəmədə uduzdu - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Milyonçu ərinə məhkəmədə uduzdu - FOTOLAR

Şou

27 Mart 2025 19:42 562


Rusiyanın estrada ulduzu Alsu məhkəmədə keçmiş həyat yoldaşı, yəhudi əsilli milyonçu iş adamı Yan Abramova uduzub.

Moskva məhkəməsi sənətçinin keçmiş ərinin xaricə getməsinə qadağa qoyulması iddiasını təmin etməkdən imtina edib.

Bundan əvvəl 41 yaşlı Alsu iş adamının hərəkətlərinin məhdudlaşdırılmasını tələb edərək, bunu ona olan borc öhdəlikləri ilə izah edib. Pepperoni pizza

"Moskvanın Çertanovski Rayon Məhkəməsinin qərarı ilə Alsu Rəlifovna Abramovanın inzibati iddiası təmin edilmədi", - Moskvanın ümumi yurisdiksiya məhkəmələrinin Telegram kanalı xəbər verib.

Qeyd edək ki, 2024-cü ilin avqustunda rəsmi olaraq boşanan keçmiş həyat yoldaşları indi əmlak bölgüsü ilə bağlı məhkəmədədirlər. Bundan əvvəl 47 yaşlı Abramovun vəkili Aleksandr Dobrovinski bildirib ki, iş adamının keçmiş həyat yoldaşına 2,5 milyard rubl təzminat təklif edib, lakin o, sövdələşmədən imtina edib. Bildirilir ki, müğənni Abramova qarşı bir neçə məhkəmə iddiası qaldıraraq ondan on mülkün verilməsini tələb edib: mətbuata görə, keçmiş həyat yoldaşları Moskvadakı beş otaqlı mənzili, Rublyovkadakı evi, Krımda tennis kortları, tövlələri və teatrı olan daçanı, həmçinin Londonun mərkəzindəki mənzili bölməli olacaqlar.

Keçmiş ər-arvadın iki qız və bir oğlan övladı var. (Olay.az)


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!