Mimino maddi vəziyyətinin ağırlığından şikayətləndi:   “Bu, dəhşətdir” + Video

saytların hazırlanması

Evə çatdırılma

Mimino maddi vəziyyətinin ağırlığından şikayətləndi: “Bu, dəhşətdir” + Video

Mədəniyyət

22 Aprel 2021 11:54 2208


Məşhur gürcü aktyoru Vaxtanq Kikabidze maddi vəziyyətinin ağırlığından şikayətlənib.

Yenisabah.az xəbər verir ki, o, sosial şəbəkə hesabında “Bir ildir işləmirik, oynamırıq. Hamı sənətçiləri unutdu, sanki biz yoxuq. Əgər bilmək istəsəniz, mən hər şeyin mədəniyyətdən qaynaqlandığını düşünürəm: neftin, kitabın, poeziyanın, teatrın, kinonun... Sənət adamları öz ölkələrinin simasıdırlar. Ancaq bir ildir biz çıxış etmirik. Bu, dəhşətdir...”- deyə paylaşım edib.

Xalqın sevimli Miminosu qeyd edib ki, 12 ildir Rusiyaya ayağının dəyməməsinə baxmayaraq, hələ də aktyoru oralardan çağırırlar. 82 yaşlı aktyor hakimiyyətlə xalqı bir-birindən ayırdığını deyir. Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!