Mina partlayışında xəsarət alan şəxs Mingəçevirə aparıldı

saytların hazırlanması

Evə çatdırılma

Mina partlayışında xəsarət alan şəxs Mingəçevirə aparıldı

Sosial

18 Dekabr 2025 09:53 320


Ağdamda minaya düşərək xəsarət alan traktorçu Məlik Məmmədov Mingəçevirdəki hospitala göndərilib.

"Yeni Sabah" xəbər verir ki, onun ilkin müayinəsi əvvəlcə Ağdamdakı xəstəxanada aparılıb.

Daha sonra müalicəsinin ixtisaslı tibb müəssisəsində aparılması qərara alınıb və zərərçəkən Mingəçevirdəki hospitala təxliyə edilib. pizza

Xatırladaq ki, işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində dekabrın 17-si saat 22:00 radələrində mina hadisəsi baş verib.

1982-ci il təvəllüdlü Sarıcalı kənd sakini Q. Məmmədov keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən tank əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!