Minasyan: Paşinyan Avropada sırf öz kreslosunu müdafiə edib

saytların hazırlanması

Evə çatdırılma

Minasyan: Paşinyan Avropada sırf öz kreslosunu müdafiə edib

Rəsmi

18 Oktyabr 2023 16:07 599


“Baş nazir Nikol Paşinyanın Avropa Parlamentinin tribunasından çıxışının ilk dəqiqələri sırf öz kreslosunun müdafiəsi ilə bağlı olub”.

Yenisabah.az “Past”a istinadla xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin müxalif “Hayastan” fraksiyasının deputatı Artsvik Minasyan deyib.

“O bu barədə heç düşünmür, dərk etmir, ya da fərqinə vararkən erməni xalqının ləyaqətini təhqir edən davranışı ilə dünyanı güldürdüyünü belə anlamır. Bununla xalqda nifrət qazandığını da anlamır. Paşinyan xalqın öz siyasəti ilə razılaşmayan üsyankar hissəsini hakimiyyətinin məğlub, təslim və alçaldıcı siyasəti ilə olan hibrid müharibəsində ittiham edir. Pepperoni pizza

O, 2021-ci il seçkilərindən danışanda ən çirkin söz ehtiyatı, eləcə də təzyiq rıçaqlarından istifadə siyasəti ilə insanları qorxudur. Bu adam demokratiyadan danışır və belə bir yalançını parlamentdə ayaq üstə alqışlayırlar. Ona görə də Bizdən çox şey asılıdır, mən biz deyəndə erməni millətini nəzərdə tuturam”, – deyə Artsvik Minasyan qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!