Mingəçevirdə karantin rejimini pozan 3 nəfər həbs edildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Mingəçevirdə karantin rejimini pozan 3 nəfər həbs edildi - Foto

Kriminal

03 Aprel 2020 10:20 779


Karantin rejim qaydalarının təmin olunması məqsədilə Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Yevlax rayon sakini Habil İbrahimov Mingəçevir şəhərinin girişində yaradılan postda polisin “saxla” əmrinə məhəl qoymayaraq  şəhərə daxil olub. Həmin şəxs saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Toplanmış material baxılması üçün Şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə H.İbrahimov inzibati qaydada həbs edilib. 

ŞPŞ-nin əməkdaşları xidmət zamanı şəhər sakinləri Asim Cəfərov və Fəqani Ağayevin heç bir zərurət olmadan, sərxoş halda çöldə gəzdiklərini müşahidə ediblər. Həmin şəxslərin barəsində də protokol tərtib olunub və baxılması üçün Şəhər Məhkəməsinə göndərilib. Onlar da məhkəmənin qərarı ilə həbs ediliblər. pizza sifarişi

Həmçinin, son iki gün ərzində Mingəçevirdə karantin rejim qaydalarını pozan vətəndaşlar barəsində 40-dan artıq inzibati protokol tərtib edilib. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!