Minsk qrupu fəaliyyətini rəsmən dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

Minsk qrupu fəaliyyətini rəsmən dayandırdı

Siyasət

01 Dekabr 2025 12:00 445


ATƏT Minsk prosesi və onunla əlaqəli strukturların bağlanmasını başa çatdırıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ATƏT-in bəyanatında deyilir.

"ATƏT 2025-ci il sentyabrın 1-də Ermənistan və Azərbaycanın ATƏT-in Finlandiya sədrliyinə birgə müraciətindən sonra qəbul edilmiş Nazirlər Şurasının MC.DEC/1/25 qərarına uyğun olaraq, 2025-ci il noyabrın 30-da saat 23:59-da Minsk prosesinin və onunla əlaqəli strukturların bağlanmasını başa çatdırıb", - bəyanatda bildirilib. Dördpendirli pizza

ATƏT-in Minsk prosesi Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün 1992-ci ildə başlayıb. Əsas format Rusiya, ABŞ və Fransanın həmsədrlik etdiyi Minsk Qrupu idi. Avqustun 8-də Ermənistan və Azərbaycan ATƏT-də Vaşinqtonda Minsk qrupunun ləğvi ilə bağlı birgə bəyanat imzalayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!