“Dostlar, mənim adıma istinadla bir status paylaşılıb. Bu yalandır, iftiradır, antidövlət qüvvələrin ətrafımda apardığı ənənəvi iftira təbliğatının tərkib hissəsidir”.
Yenisabah.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Mir Şahin Ağayev söyləyib. O, özü haqqında yayılan statusun iftira olduğunu bildirib:
“Mən təbii ki belə bir fikir söyləməmiş və paylaşmamışam. Əlbəttə “it hürüşü və karvan yürüşü” barədəki məşhur misalla kifayətlənər, susardım, amma məncə bu yerdə susmaq olmaz! Bu addım Qara Güruhun nə qədər zavallı və aciz olmasının göstəricisi olmaqla yanaşı, həm də nə qədər təhlükəli, əxlaqsız, mənəviyyatsız olduğunun nümayişidir! Düşməndən bundan artıq nə gözləmək olar? Səhifə antiazərbaycan cəhalətinin nümayəmdəsi Məhəmməd Mirzəliyə məxsusdur. Bu təxribatın arxasında o və onun yerlərdəki yayıcıları durur”. pizza
Qeyd edək ki, sosial şəbəkələrdə Mir Şahinin adından yayılan sitatda belə deyilir: “Rus ordusunun peşəkarlığı sayəsində Qazaxıstanda vandal kütlə öz layiqli cəzasını aldı. Parlamentin növbəti iclasında rus ordusu üçün Bakıda hərbi hissə ayrılmasını təklif edəcəm. Azərbaycanda radikal ünsürlər nə vaxtsa baş qaldırsa, rus ordusunu köməyi ilə onların dərsini çox asanlıqla verə bilərik”.
Telegram kanalımız