Mirziyoyev və xanımı Heydər Əliyevin məzarını ziyarət etdi 

saytların hazırlanması

Evə çatdırılma

Mirziyoyev və xanımı Heydər Əliyevin məzarını ziyarət etdi 

Maraqlı

22 Avqust 2023 12:27 654


Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva avqustun 22-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. 

Yenisabah.az xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ulu Öndərin abidəsi önünə əklil qoyub. 

Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.  Toyuqlu pizza

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyulub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!