Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün ABŞ-ın Ermənistana yeni təyin olunmuş səfiri Kristina Kvieni qəbul edib və onunla regional təhlükəsizlik və sabitliklə bağlı məsələləri müzakirə edib.
Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə məlumatıErmənistan XİN-in mətbuat xidməti yayıb.
“Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində son hadisələrə, o cümlədən Münxendə keçirilən üçtərəfli görüşə istinad edilib”, - məlumatda deyilir. Marqarita pizza
Mirzoyan qeyd edib ki, Ermənistan tərəfi ABŞ-ın həm ikitərəfli formatda, həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi regionda uzunmüddətli sülhün bərqərar olması üçün yaratdığı səyləri yüksək qiymətləndirir.
Görüş zamanı Mirzoyan Ermənistan-ABŞ tərəfdaşlığının qarşılıqlı maraq doğuran sahələrdə daha da dərinləşməsini də vurğulayıb. Ermənistan-ABŞ strateji dialoq formatının əhəmiyyəti vurğulanıb.
Görüşdə səfir etimadnaməsinin surətini Ermənistanın XİN başçısına təqdim edib.
Xatırladaq ki, Linn Treysi 2019-cu ildə ABŞ-ın Ermənistana səfiri təyin edilib, 2023-cü ildən isə onu bu vəzifədə Kristina Kvien əvəzləyib.
Telegram kanalımız