“Ermənistan Avropa İttifaqının mülki missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsinə yerli təhlükəsizliyi artırmaq, regionda sülh və sabitliyi təşviq etmək üçün dəyərli vasitə kimi baxır”.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu xarici işlər naziri Ararat Mirzoyan bildirib.
O vurğulayıb: “2022-ci ilin sentyabrında sərhəddə baş verən silahlı qarşıdurmadan dərhal sonra Aİ müşahidəçilərinin Ermənistan və Azərbaycan arasındakı beynəlxalq sərhədin Ermənistan tərəfinə göndərilməsi və daha sonra ittifaqın uzunmüddətli mülki müşahidə missiyasının yerləşdirilməsi Aİ-nin regionumuzda mühüm iştirakıdır. Bunu yerlərdə insanların təhlükəsizliyini artırmaq, regionda sülh və sabitliyə töhfə vermək üçün dəyərli vasitə kimi görürük”. Marqarita pizza
Telegram kanalımız