Mirzoyan Borrellə Azərbaycanla sülh sazişini müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Mirzoyan Borrellə Azərbaycanla sülh sazişini müzakirə etdi

Siyasət

25 May 2024 23:43 808


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell arasında telefon danışığı olub.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə ediblər. Erməni diplomat İrəvan və Bakı arasında sülh sazişi layihəsi üzrə danışıqların gedişi barədə Borrellə məlumat verib. pizza sifarişi

Mirzoyan, həmçinin iki ölkə arasında sərhədlərin delimitasiyası prosesinin 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında həyata keçirmək öhdəliyinin vacibliyini qeyd edib.

O, vurğulayıb ki, saziş layihəsində əldə edilmiş bəndləri birləşdirməklə yekun razılığa nail olmaq mümkündür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!