Mirzoyan bu gün Türkiyədə Çavuşoğlu ilə görüşəcək 

saytların hazırlanması

Evə çatdırılma

Mirzoyan bu gün Türkiyədə Çavuşoğlu ilə görüşəcək 

Rəsmi

15 Fevral 2023 10:22 679


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Türkiyəyə səfər edəcək. 

“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, o, zəlzələdən zərər çəkmiş bölgələrdə fəaliyyət göstərən Ermənistanın axtarış-xilasetmə qrupunun üzvləri ilə görüşəcək, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparacaq. 

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan Ermənistandan Türkiyəyə humanitar yardımın ikinci partiyasının göndərildiyini bildirib.  Dominos pizza

“Dünən gecə saatlarda humanitar yardımın ikinci partiyası ilə yüklənmiş yük maşınları Marqara körpüsü ilə Ermənistan-Türkiyə sərhədindən keçib”, - Hunanyan tviterdə yazıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!