“Ermənistanın təkliflərindən biri dövlət sərhədinin demarkasiyası meyarlarının dəqiqləşdirilməsidir. Çünki fikrimizcə, Ermənistan və Azərbaycan arasında dövlətlərarası sərhədlərin demarkasiyası üçün dəqiq razılaşdırılmış meyarlar olmalıdır. Əks halda, ölkələr bu sərhədləri dəqiqləşdirə bilməyəcəklər”.
Yenisabah.az “Al-Qahera News”a istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O əlavə edib: “Meyarların yoxluğu sülhün bərqərar olması əvəzinə, daha bir münaqişəyə gətirib çıxaracaq. Digər təklif potensial eskalasiyanın qarşısını almaq üçün etimadın möhkəmləndirilməsi və təhlükəsizlik mexanizmi kimi dövlət sərhədindən hərbi qüvvələrin çıxarılması, habelə sərhəd boyu silahsızlaşdırılmış zonanın yaradılmasıdır".
Telegram kanalımız