"Ermənistan Azərbaycan və Rusiya Federasiyasının xarici işlər nazirlərinin2022-ci il dekabrın 23-də Moskvada keçirilməli görüşü ləğv etməsə də, təxirə salıb".
Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Xorvatiyanın xarici işlər naziri Qordan Qriç Radmanla keçirdiyi mətbuat konfransında deyib.
"Danışıqlar uzun prosesdir, tərəflər cavab, şərh, təklif mübadiləsi aparır. Paralel olaraq nazirlərin görüşləri keçirilir", - deyə nazir vurğulayıb. Dördpendirli pizza
"10-15 gün əvvəl Azərbaycandan cavab aldıq. Əslində, müzakirələr mərhələsindəyik. Demək istəyirəm ki, danışıqlar prosesi bütövlükdə dayanmayıb. İndi təkliflərə münasibətimizi bildirəcəyik", - deyən A.Mirzoyan təklif və iradların məzmununu açıqlamayıb. Bununla belə, o, bəzi məsələlərdə mövqelərin yaxınlaşdırıldığını, bəzilərində isə irəliləyiş olmadığını bildirib.
"Ermənistan tərəfinin fundamental məsələləri var, onlar ictimaiyyətdə çox müzakirə olunub, - deyə Mirzoyan xatırladıb. - Görüşə gəlincə, biz onu ləğv etmədik, təxirə saldıq”.
A. Mirzoyan qeyd edib ki, görüşlər Moskvada və ya başqa yerdə ola bilər. O, görüşlərin müxtəlif şəhərlərdə keçirildiyini xatırladıb.
Nazirin sözlərinə görə, yer seçimi vacibdir, lakin prosesə son dərəcə əhəmiyyətli təsir göstərmir.
Telegram kanalımız