Misir Mərdanovun yeni vəzifəsi məlum oldu -   RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Misir Mərdanovun yeni vəzifəsi məlum oldu - RƏSMİ

Sosial

29 Dekabr 2025 11:37 14051


Elm və Təhsil Nazirliyi yanında yeni yaradılmış Riyaziyyat İnstitutuna keçmiş təhsil naziri, fizika-riyaziyyat elmlər doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının muxbir üzvü Misir Mərdanovun rəhbərlik etməyəcəyi təsdiqlənib.

Bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq institutdan bildirilib.  

Qeyd olunub ki, Riyaziyyat İnstitutuna hazırda texnika elmləri doktoru Elxan Səbziyev rəhbərlik edir. O, bu vəzifəni hələlik müvəqqəti yerinə yetirir. pizza mizza

M.Mərdanov isə həmin instutun elmi işçisidir.

“Vahid Riyaziyyat İnstitutunun yaradılması ilə bağlı təşəbbüs 2022-ci ildən irəli sürülüb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalasa da, yeni institutun formalaşması zaman alacaq. Riyaziyyat İnstitutuna texnika elmləri doktoru Elxan Səbziyev rəhbərlik edir. Misir Mərdanov isə hazırda institutda elmi fəaliyyətini davam etdirir”.

Xatırladaq ki, texnika elmləri doktoru Elxan Səbziyev 1959-cu ildə anadan olub. Azərbaycan Dövlət Universitetinin (BDU) Fizika-riyaziyyat fakültəsini bitirib. Elm və Təhsil Nazirliyi yanında İdarəetmə Sistemləri İnstitutunun dosentidir. O, sözügedən institutda icraçı direktor vəzifəsini müvəqqəti icra edib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!